Çirklənmiş hava hər il 4 milyon uşağı xəstə edir


Atmosferi çirkləndirən səbəblər nədir bəs?

cirklenmis-hava-her-il-4-milyon-usagi-xeste-edir
03.09.2019 22:17 1 dəq oxuma

Atmosferin müxtəlif zərərli tullantılarla çirklənməsi hər il dünyada 4 milyon uşağın bronxial astmaya yoluxmasına yol açır.

ABŞ-ın Corc Vaşinqton Universitetinin mütəxəssisləri bu qənaətə gəlib.

Qeyd olunur ki, bu rəqəm ümumilikdə bronxial astma yoluxma hallarının 20 faizini təşkil edir.

Müşahidələr nəticəsində məlum olub ki, Şanxay şəhərində bronxial astmadan əziyyət çəkən uşaqların 50 faizə yaxını avtomobillərin havaya buraxdığı maddələrin təsirindən xəstələnib.

Qeyd edək ki, hazırda dünyada bronxial astmadan 235 milyon nəfər əziyyət çəkir. Hər il 400 minə yaxın şəxs bu xəstəlikdən və onun fəsadlarından ölür.

TurpKimi.com