Günün hansı vaxtında və nə qədər yemək faydlı olar?
Sağlamlığı qorumaq üçün səhər və ya günorta saatlarında, 16:00-dan əvvəl çiyələk yemək tövsiyə olunur.
TurpKimi.com xəbər verir ki, bunu endokrinoloq Zuxra Pavlova “KP.RU”ya bildirib. Həkimin fikrincə, bu məhsul əsas yeməkdən sonra yalnız desert kimi istehlak edilməlidir.
“Gecə saatlarında insulin səviyyəsini artırmamaq üçün giləmeyvə, eləcə də mövsümi meyvələrdən qaçınmaq daha yaxşıdır”, - Pavlova xəbərdarlıq edib.
Həkim həmçinin istehlak normasına riayət etməyi tövsiyə edib. Gündə təxminən beş-altı böyük və ya yeddi-səkkiz kiçik giləmeyvə, bu da 150-200 q-a bərabərdir. Həkim qeyd edib ki, bədən quruluşuna diqqət edənlər çiyələklərə şəkər və ya qaymaq əlavə etməməlidir.
Firuzə Alimova / TURPKİMİ.COM