Əgər çörək bişirmək istəyirsinizsə, mayanız yoxdursa, heç dərd etməyin. Evdə maya əvəzinə iki cür qarışıq hazırlaya bilərsiniz.
TurpKimi.com maya əvəzinə hazırlayacağınız qarışığın tərkibini təqdim edir:
Quru və ya yaş mayanı əvəzləyəcək 1-ci qarışıq
Karbonat və limon suyu
Karbonat, yəni bildiyimiz soda və limon suyunu maya yerinə istifadə edə bilərsiniz. Mayalı çörəkdə gördüyünüz qədər qabarıq çörəklər olmasa da ləzzətini bəyənəcəksiniz. Normal çörək xəmiri yoğurarkən 1 xörək qaşığı mayanın yerinə 1 çay qaşığı karbonat və 1 çay qaşığı limon suyunu qarışdırıb xəmirinizə əlavə edə bilərsiniz.
Qabartma tozu və mineral qazlı su
Maya yerinə istifadə edə biləcəyiniz digər qarışıq isə qabartma tozu və mineral sudan hazırlanır. 1 çay qaşığı qabartma tozunun üstünə bir az mineral su və ilıq süd əlavə edərək çörək xəmiriniz yoğurmağa başlaya bilərsiniz.
Nuş olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com