Evlərdən hər zaman çörək qoxusu gəlsin!
Son zamanlar sağlamlığını qorumaq üçün evdə qalan insanların “google”dan ən çox axtarış etdikləri resept evdə çörəyin necə bişirilməsidir. Evdə hazırlanan çörək həm gigiyenik, həm də iqtisadi cəhətdən faydalıdır.
TurpKimi.com evdə asanlıqla bişirə biləcəyiniz faydalı və sadə çörək reseptini təqdim edir.
Çörəyinizi özünüz bişirsəniz, mədəniyyətimizin və süfrəmizin əsas ləzzəti olan bu nemət artıq iftar zamanı süfrələrimizi bəzəmiş olacaq.
LAZIM OLANLAR
- Yarım paçka quru maya (5,5 qram)
- 1çay qaşığı şəkər tozu
- 1 stəkan ilıq su
- 2 – 2,5 stəkan un
- 2 çay qaşığı duz
HAZIRLANMASI
Quru maya, şəkər tozu və ilıq suyu geniş bir qaba töküb qarışdırın. Maya həll olunmalıdır.
Daha sonra un və duzu əlavə edin. Xəmirin əmələ gəlməsi üçün əvvəlcə taxta qaşıqla qarışdırmağa başlayın. Xəmir özünü tutana kimi yaxşıca yoğurun. 5 dəqiqə yoğurduqdan sonra xəmirə dairə forması verib üzərini streç və ya dəsmalla örtün. Ən azı 1 saat normal istilikdə dinləndirin.
İlk mayalanma müddəti qutarandan sonra xəmiri yenə yoğurun. İstədiyiniz şəkli verib tavaya – yağlı yağızın üzərinə qoyun və üzərini örtərək yenə 45 dəqiqə mayalanması üçün gözləyin.
Artıq hazır vəziyyətə gələn xəmiri 200 dərəcədə, sobanın orta rəfinə qoyun. Nəmliyin verilməsi üçün tavanı içəri qoymazdan əvvəl sobaya 2-3 ədəd buz qoyun və tez bağlayın.
ÇÖRƏK BİŞİRƏRKƏN XIRDA VƏ VACİB MƏQAMLAR
1 - Çörək bişirərək sobanın tavasına istiliyə davamlı olan bir qabda su qoyub sobanı bağlasanız çörəyiniz daha ləziz bişəcək.
2 – Çörək bişirməyə yeni başlamısınızsa, o zaman xəmirinizi quru, tez mayalandıran maya və ya yaş maya ilə mayalandırın.
3 – Reseptdə yazılan miqdara əməl etməyə çalışın.
4 – Birdən-birə böyük ölçüdə çörək bişirməyə çalışmayın.
5 – Çörək tam soyuduqdan sonra, qurumaması üçün üstü bağlanmalıdır. Kiflənməməsi və tez boyat olmaması üçün dilimlənərək istifadə edilməsi tövsiyə edilir.
Çörəyiniz hər zaman bol və bərəkətli olsun! NUŞ OLSUN!
Firuzə Alimova / TurpKimi.com
12-04-2020