"Çörək yemirəm" deyənlərə pis xəbər


Aşağı karbohidratlı pəhrizlər infark riskini artırır.

corek-yemirem-deyenlere-pis-xeber
13.04.2019 21:12 1 dəq oxuma

Son zamanlar karbohidrat dəyəri aşağı olan diyetalar məşhur olmağa başlayıb. Lakin bu kimi pəhrizlər infrakt riskini artırır.

Türkiyəli dietoloq İdil İmamoğlu bu gün gənclərin bir çoxunun tez-tez “çörək yemirəm” deməsi və internetdən götürülən diyetaların çox yalnış olduğunu bildirib.

Qidalanma tərzinin hər kəsə özəl olduğunu deyən dietoloq “bir insanın arıqlamaq, kökəlmək və ya başqa bir məqsədə görə qidalanmayla bağlı müalicəyə ehtiyacı varsa, bu zaman mütləq mütəxəssisdən dəstək almalıdır. Biz karbohidrat ehtiyacının şirniyyatlardan alınmasını istəmirik. Pəhriz zamanı daha çox taxıl və paxlalı tipli bitkilər, mövsümünə görə meyvə və tərəvəzlərin yeyilməsi vacibdir. Çünki gündəlik enerji ehtiyacının təqribən 50 faizinin bu qidalarla təmin edilməsi son dərəcə əhəmiyyətlidir”.

Pəhriz zamanı orqanizmdə karbohidratların həddindən artıq azaldılması üzrəyin ritmində pozulmalara səbəb olur. Bu isə ürəkdə infrakt riskini artırır. Qeyd edək ki, qidalanma zamanı karbohidrata olan ehtiyacın 40-60 faizi qarşılanırsa, infarkt riski aşağı düşür”.

Firuzə Alimova / TurpKimi.com