Çörəyin ən zərərli xüsusiyyəti açıqlanıb


Yüksək keyfiyyətli undan hazırlanan çörək zərərlidir...

coreyin-en-zererli-xususiyyeti-aciqlanib
07.02.2025 22:29 1 dəq oxuma

“Yüksək keyfiyyətli undan hazırlanan çörək qanda şəkərin səviyyəsini kəskin qaldırdığı üçün zərərlidir”.

TurpKimi.com xəbər verir ki, bunu bioloq İrina Lyalina “NEWS.ru”ya bildirib. O qeyd edib ki, belə bir məhsulda praktiki olaraq heç bir lif yoxdur. Üstəlik mağazadan alınan çörəyin tərkibində zərərli əlavələr və un əvəzediciləri ola bilər.

“Premium undan hazırlanan çörək qanda şəkərin səviyyəsini sürətlə yüksəldir. Tərkibində demək olar ki, heç bir lif, vitamin və mineral yoxdur. Kilo artımına səbəb ola bilər. Buğda və çovdar çörəyindəki qlüten çölyak xəstəliyi olan insanlar üçün zərərlidir. Bəzi insanlarda bu, bağırsaqlarda daimi şişkinlik və ya narahatlığa səbəb ola bilər”, - Lyalina vurğulayıb.

Firuzə Alimova / TURPKİMİ.COM