COVID-19 ana bətnindəki körpəyə necə keçə bilər? - MÜSAHİBƏ


Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova hamilə qadınlara və analara COVID-19 riski ilə bağlı tövsiyə verib.

covid-19-ana-betnindeki-korpeye-nece-kece-biler
30.12.2020 20:28 2 dəq oxuma

TurpKimi.com AZƏRTAC-a istinadla bu mövzu ilə bağlı müsahibəni təqdim edir.

- Hamiləlik zamanı COVID-19-a yoluxma halı baş verərsə, virus ana bətnindəki körpəyə keçə bilərmi və hansı təhlükələr yarada bilər?

- COVID-19 virusu əsasən hava-damcı yolu vasitəsilə yayılır. Bu səbəbdən hamiləlik zamanı COVID-19-a yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır.

-Hamiləlik zamanı COVID-19 ana üçün nə dərəcədə təhlükəli ola bilər?

- Hamiləlik infeksiyaya meyilliliyi artırmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır: infeksiyalaşmış anaların əksəriyyəti sağalır. Hamilə qadınlarda COVID-19 klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər.

-COVID-19 virusuna yoluxmuş ana körpəyə süd verə bilərmi? Süd vasitəsilə virusun keçmə ehtimalı nə qədərdir?

- Ana südü ilə virusa yoluxma sübut olunmamışdır. Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibbi maskadan istifadəsi tövsiyə olunur. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan döşlə əmizdirmə alqışlanmalıdır.

-Südverən COVID-19 xəstəsi ananın aldığı müalicə, dərman preparatları körpənin sağlamlığı üçün hər hansı təhlükə yarada bilərmi?

- ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun COVID-19 ağır gedişatlı hamilələrdə “Remdezivirin”dən istifadə olunur. “Remdezivir” SARS-CoV-2-nin vitro və digər koronaviruslara təsir edən yeni nukleotid analoqudur. Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin “Randomizə” olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna etmişdir. Bəzi tədqiqatlarda “Lopinavir – ritonavir” (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19 da istifadə olunan “Ribavirin” və “Barisitinib” kimi vasitələr tertogen effektə malikdir.

- Əmizdirmə zamanı gigiyenik qaydalar necə olmalıdır?

- Ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədilə yenidoğulmuşu sağılmış ana südü ilə digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edərək, qidalandırılması tövsiyə edilir.