İzlər tapılıb...
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçılığı ilə aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusa ilk yoluxmaya İtaliyada rast gəlinib.
“Daily Mail” xəbər verir ki, 2019-cu ilin noyabrında boğaz ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən qadının analizlərinin cavabları illər sonra araşdırılıb.
25 yaşlı həmin qadında koronavirusun izləri tapılıb. Elm dünyası qadının izinə düşüb. Ancaq xəstəxananın adının bilinməməsi və müalicə həkimi Rafaelle Gianottinin mart ayında ölməsi işləri çətinləşdirib.
Qeyd edək ki, COVID-19-a ilk dəfə 2019-cu ilin son günlərində Çində rast gəlindiyi məlumdur.
Oxu.az / TurpKimi.com