Bakıda REACT-S19 layihəsinə start verilməsi ilə əlaqədar tədbir keçirilib.
"Pandemiyanın nə qədər davam edəcəyini heç kim bilmir. Amma yeni virus ortaya çıxanda dünyanı nə qədər tez dolaşırsa, insanlarda o qədər immunitet yaradır".
APA-nın məlumatına görə, bunu REACT-S19 layihəsinin təqdimatında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı bildirib.
O deyib ki, naməlum xəstəliklə qarşı-qarşıyayıq: "Şəxsi fikrim budur ki, bir ildən tez xilas ola bilməyəcəyik. Amma bu, bir il hamı evdə olacaq demək deyil, sadəcə, gündəmdən çıxmayacaq. Daha azalaraq gündəmdə qalacaq. COVID-19-da görürük ki, hazırlığımız doğru imiş. İndi respirator gigiyenaya daha yaxşı əməl edirik, nə qədər davam edəcəyi bilinmir. Bu xəstəlik hazırda həm soyuq, həm də isti iqlimin mövcud olduğu yerlərdə var".
TurpKimi.com