Pulmonoloqlar sualları cavablandırıb.
Peterburq pulmonoloqları COVID-19 ilə bağlı vətəndaşları narahat edən suallara cavab verib.
Doktorlar oxuculara COVID-19-dan sağalmış bir insanla etibarlı şəkildə nə vaxt əlaqə qura və sağalandan sonra idmanı necə davam etdirə bilməklə bağlı suallara aydınlıq gətiriblər.
Həkimlərin dediyinə görə, yeni növ koronavirus infeksiyası olan bir şəxs özünü yaxşı hiss etsə belə, virusun inkişafı hələ bir neçə həftə davam edə bilər. Yalnız test nəticələrini alaraq onun yoluxucu olmadığına əmin ola bilərsiniz.
"Xəstəlik əlamətləri olmadıqda, ən az bir gün aralığında edilən iki mənfi PCR testindən sonra sağlamlığınız üçün qorxmadan həmin insanla əlaqə saxlaya bilərsiniz", - doktorlar bildirib.
Pulmonoloqlar COVID-19-dan əziyyət çəkdikdən sonra idman məşqlərini bərpa etmək sualına birmənalı cavab verə bilməyiblər:
"Çox şey xəstəliyin şiddətindən və aktiv idman növü deyərkən nə nəzərdən tutulduğundan asılıdır. Adətən ambulator tibbi reabilitasiya proqramları ümumiyyətlə 6-12 həftədən sonraya hesablanır".
Qaynarinfo.az / TurpKimi.com