Türkiyənin Kayseri şəhərində Covid-19 testi müsbət çıxan şəxs sosial mediadan "Testim müsbət çıxdı, mənimlə görüşən varsa, söyləsin" çağırışı edib.
TurpKimi.com İHA-ya istinadla xəbər verir ki, Kayserinin Yuxarı Borandere kəndində yaşayan Hacı G. sosial mediada atasının 40 dərəcə temperaturla xəstəxanaya aparıldığını yazıb.
O, özünün də testinin pozitif çıxdığını qeyd edərək, "Gedib də dönməmək var, haqqınızı halal edin" deyib.
Gəncin sosial mediada bu cəsarəti alqışla qarşılanıb.
TurpKimi.com