COVİD-19-un gözlənilməz simptomu aşkarlandı


Mütəxəssislərin sözlərinə görə COVID-19 hələ tam öyrənilməyib.

covid-19-un-gozlenilmez-simptomu-askarlandi
11.08.2020 10:07 1 dəq oxuma

ABŞ-ın Çikaqo şəhərindən olan, öskürək, hərarət və ya sinə ağrısı da daxil olmaqla, hər hansı bir koronavirus infeksiyası əlamətlərindən əziyyət çəkməyən 62 yaşlı bir xəstəni müayinə etdikdən sonra mütəxəssislər onda COVID-19 əlamətlərini aşkarlayıblar.

TurpKimi.com bu barədə “RİA “Novosti”yə istinadən xəbər verir.

Həkimlər vurğulayıblar ki, o, 4 gün hıçqırıqdan əziyyət çəkib. Bu, COVID-19-un qeydə alınmış ilk belə əlamətidir.

Mütəxəssislərin sözlərinə görə COVID-19 hələ tam öyrənilməyib, bu səbəbdən xəstəliyin hər tipik olmayan təzahürünü qeydə almaq lazımdır.

Report.az / TurpKimi.com