Covid-19 vaksini vurdurmazdan əvvəl istifadə etməyin - XƏBƏRDARLIQ


Vaksin vurduran insanların nəzərinə...

covid-19-vaksini-vurdurmazdan-evvel-istifade-etmeyin
28.02.2021 00:04 1 dəq oxuma

Dünyada koronavirus pandemiyasına qarşı vaksinasiya prosesi davam edir.

TurpKimi.com xəbər verir ki, bəzi alimlər insanların gündəlik həyatda istifadə etdikləri ağrı kəsicilərin vaksinin orqanizmə təsirini azalda biləcəyi ilə bağlı açıqlamalar verib.

“Dünyada müxtəlif növ ağrı kəsicilər var. Həmin dərmanların bir qismi birbaşa beyində ağrı mərkəzinə təsir edir. Bəziləri ağrıya səbəb olan iltihabi halların qarşısını alır. Bəzi ağrı kəsicilər də immun maddələrinin bölgəyə gəlməsini azaldır. Bunlar da immun sistemini zəiflədir” – Türkiyənin Səhiyyə Nazirliyi Elmi komitəsinin üzvü Prof.Dr.Levent Akın bildirib.

Professor qeyd edib ki, bütün ağrı kəsicilər immun sistemini zəiflətmir. Alim vaksinasiya olunan insanlara hansı ağrı kəsicilərdən istifadəylə bağlı məlumat kitabçası verilməsini təklif edib.

Firuzə Alimova / Turpkimi.com