COVID-19 vaksinini hazırlayan Almaniya şirkətinin sahibləri türkdür - VİDEO


Virus əleyhinə vaksin tapan həkimin hekayəsi...

covid-19-vaksinini-hazirlayan-almaniya-sirketinin-sahibleri-turkdur
16.11.2020 12:11 1 dəq oxuma

Uğur Şahin Türkiyədə doğulub və dörd yaşında olarkən atasının işi ilə əlaqədar ailəsi ilə birlikdə Almaniyanın Köln şəhərinə köçüb.

Özlem Türeci isə Türkiyənin İstanbul şəhərindən Almaniyaya köçən həkimin qızıdır. Onlar universitetdə tanış olaraq evləniblər və “BioNTech” şirkətinin əsasını qoyublar.

Cari ilin yanvar ayında isə onlar bütün güclərini koronavirusla mübarizəyə sərf ediblər və bu, onlarda alınıb.

“Deutsche Well” minlərlə insanın dərdinə dərman hazırlayan bu həkimlərin hekayəsini paylaşıb.