Çox ağıllı və bacarıqlı uşaqları üzə çıxaran özəlliklər - Özləri belə yetənəklərindən xəbərsiz olurlar


Bəs sizin övladınızda qabiliyyətin hansı növü var?

cox-agilli-ve-bacariqli-usaqlari-uze-cixaran-ozellikler
18.07.2019 12:34 3 dəq oxuma

Yetəkənli insanlar orta səviyyədəki adamlardan daha ağıllıdırlar. İQ-ləri (intellekt əmsalı) 130 qədər çıxır. Ağılları ilə yetənəkli olduqlarını bilsək də, hansı qabiliyyətlərinin olduğunu tam bilmirik. Bu cür yetənək sahiblərinin 4 növü var.

Türk mediasına istinadla TurpKimi.com bu yazıda istedadlı uşaqların 4 növünü yaxından araşdıracaq.

1 – YARADICI YETƏNƏK

Özünəməxsus halları və xəyal gücləri olan bu uşaqlar başda müəllimləri olmaqla sahib olduqları qabiliyyətləri ilə ətraflarındakı insanları təəccübləndirirlər. Bu şəkildə yetənəyə sahib olan uşaqlar çox yaradıcıdırlar.

Yenə də yetənəkli insanları bəlli edən xüsusiyyət onların yumor anlayışları və oyun tərkibli hər hansı fəaliyyətdə iştirak etmək istəmələridir.

Yaradıcı və əyləncəli şəkildə öyrənmələrinə kömək edən hər şeyi sevirlər.

Hazırda standart İQ testləri uğurlu olmadığı üçün bu kimi yetənək sahibi olan uşaqları müəyyən etməkdə problemlər yaşanır. Lakin “Yaradıcı düşüncə” (Torrance) adlı test də mövcuddur.

2 – TOXUNULMAZ YETƏNƏK

Bu cür yetənəyə sahib olanlar cəmiyyətin orta və ya üst təbəqəsində yer ala biləcəkləri üçün təhsilə təkan verə biləcəkləri bir çərçivədə yaşayaraq “toxunulmaz” yetənək adlandırılırlar.

Standart təhsil sistemi ilə ulduzları barışmayan yetənəkli gənclərin məcburi təhsil almaları onlar üçün problem yaradır. Odur ki, dərs çalışmaqdan başqa çarələri olmayan gənclərin (toxunulmazlıq yetənəyi) vardır.

Öyrənməyə əyləncəli fəaliyyət kimi baxırlar. Bu şagirdlər bütün mövzularda mükəmməlliyə nail olurlar. Məhsuldardırlar və daha az yata bilirlər.

Bu insanlarda problem bəzi şagirdlər özlərini yoldaşlarından üstün tutanda və ya dərslər çox asan olanda sinifdə canları sıxılmağa başladıqları zaman ortaya çıxır.

3 – YOXLUQ YETƏNƏYİ

Bu cür yetənək ehtiyac duyduqları, lakin maliyyə imkanlarına sahib olmadıqları üçün uğursuz olan uşaqlara aiddir.

Bu yetənəyin müsbət tərəfi həmin insanların təvazökar, incə və başqaları ilə uyğunlaşaraq hərəkət etmələridir. Ona görə də ətraflarındakı insanlar tərəfindən sevilirlər.

Bəzən belə bir qabiliyyət sahibi olmaq onları cəmiyyətdə model halına çevirən, nümunəvi lider olmalarına kömək edir.

Yoxluq yetənəyi olan insanlar həssas olduqları üçün başqaları ilə güclü münasibət qura bilirlər. Ətraflarındakı insanlarla yola getmələrinin səbəbi də budur.

Amma bəzən ətrafdakı insanlardan daha qabiliyyətli, bacarıqlı olduqları üçün özlərini günahkar hiss edirlər.

4 – ŞİDDƏTLİ ZEHNİ XƏSTƏLİK BACARIĞI

Yetənəkli insanların sonuncu qrupunda, əslində İQ səviyyəsi yüksək olmayan bir kütlə ilə qarşı-qarşıyayıq. Amma bu insanlarda ciddi bir xəstəlik var.

Məsələn; şəxsi keyfiyyətlərin pozulmasına gətirib çıxaran şizofreniya və  ya psixoz xəstəliyindən əziyyət çəkə bilirlər. Bu xəstəliklər, bu cür yetənəyə sahib olan insanlarda tez-tez rast gəlinir.

Qəribədir ki, bu qrupa daxil olan insanlar onları boğan bu xəstəliklərdən qaçmaq üçün zəkanı sakit liman olaraq görürlər. Davranışları, ac olmadıqları halda hisslərindən qaçmaq üçün yemək yeyən insanların vəziyyəti ilə eynidir.

Bəzi hallarda aqressiv olur və gözənilməz hərəkətlər edirlər. Bundan əlavə, başqalarının da davranışlarına dözə bilmirlər. Məsələn; sinifə gəlməyən və ya dərslərini etməyən yoldaşlarına qarşı dözümsüzdürlər. 

Dünyaya baxışları bizdən fərqlidir. Bəzən qabiliyyətli olduqlarını belə bilməzlər. Hər birinin özünəməxsus xüsusiyyətləri, problemləri, müsbət və mənfilikləri vardır.

Ağıllı, yetənəkli olmaq bəzi hallarda gözəl özəllik olsa da, bəzi hallarda faydadan çox zərərə səbəb olur.

Firuzə Alimova / TurpKimi.com