Yağışlı və soyuq havalarda ləziz isti şokolad yerinə düşür.
İsti şokoladın tarixi 1400-cü illərə qədər gedib çıxır. Araşdırmalara görə 16-cı əsrdən 19-cu əsrə qədər qarın ağrısı, qızdırma və qaraciyər narahatlıqları kimi bir çox xəstəliyin müalicəsində istifadə edilirmiş. O vaxtlardan bu günlərə qədər resepti dəyişilərək isti şokolad kimi qəlblərə yol tapmışdır.
TurpKimi.com evdə hər kəsin hazırlaya biləcəyi asan isti şokolad reseptini təqdim edir:
Ərzaqlar:
20 qr qara şokolad
100 ml süd
20 qr pudra şəkəri (vanilin)
1 çay qaşığı kakao
Darçın
Hazırlanma qaydası:
Böyük bir qəhvədanın içinə şokolad, süd və kakaonu tökün.
Zəif odda davamlı qarışdıraraq şokoladın əriməsini gözləyin.
Əridikdən sonra qarışığa pudra şəkəri əlavə edin və qaynayana qədər qarışdırın.
Ocağı söndürün və qarışığı fincana süzün, üzərinə darçın əlavə edin.
Nuş olsun…
Vüsalə Əlövsətqızı, TurpKimi.com