Yarışa hazırlaşanlar və ya idmanla çox məşğul olanlar müəyyən uğura çatdıqdan sonra vucudunuzu necə özünə qaytara biləcəyiniz haqda düşünmüsünüzmü?
Axı enerji sizdən getdi, bədəninizdəki minerallar tərlə yuyulub xaric oldu. Uğurunuza görə bədəninizi də mükafatlandırırsınızmı?
Yarışdan sonra bədəni yenidən özünə gətirmək üçün qidalanmağa ciddi fikir vermək lazımdır.
TurpKimi.com xəbər verir ki, itirilən enerjinin kompensasiyası üçün:
- Kompleks karbohidratlar ( tam taxıllı çörək, tam buğda makaronu, yaşıl mərcimək) istehlak edilməlidir.
- Əzələ itkisinə maneə törətmək üçün, heyvan mənşəli zülallar ( qırmızı ət, hind toyuğu əti, yumurta) istehlak edilməli; əzələni möhkəmləndirmək üçün sink qəbul edilməlidir.
- Uzun müddətli enerji qaynağı olan sağlam yağlar (zeytunyağı, avokado, hindqozu yağı kimi) qidalanmaya əlavə edilməlidir.
- Tərləməklə itirilən natrium və maqnezium minerallarının kompensasiyası üçün təzə tərəvəzlər istehlak edilməli və yarış axşamı, xüsusilə də əzələ yorğunluğuna maneə törətmək üçün maqnezium möhkəmlətməsi edilməlidir.
- Ehtiyac duyulan su istehlakı təmin edilməlidir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com