Çox yemək yedikdən sonra bu 3 qidadan mütləq istifadə edin


Bəzən hamımız həddindən çox  qida qəbul edə bilərik.

cox-yemek-yedikden-sonra-bu-3-qidadan-mutleq-istifade-edin
01.02.2023 14:01 2 dəq oxuma

Normadan artıq yediyiniz bir qab kartof qızartması, ya da iki qab şirniyyat sizi çox xoşbəxt etsə də əslində orqanizmi yük altında qoyur. Nə qədər çox yemək yeyəriksə bir o qədər vücudumuz sərbəst radikallara məruz qalar. 

TurpKimi.com xəbər verir ki,  araşdırmalara görə, çox yeməyin yaratdığı zərərləri azaltmağın ləzzətli yolu var. Bu 3 qida ilə normadan artıq yediklərinizin vücudunuza verdiyi zərəri azalda bilərsiniz. 

1-Meyvə

Çox yedikdən sonra özünüzü şişkin hiss edirsinizsə, bir qab meyvə yeyin.  Çiyələk, üzüm, kivi və albalı kimi antioksidant baxımından zəngin meyvələr yeməklə yeməkdən sonra yaranan zərərli sərbəst radikalların mənfi təsirini azalda bilərsiniz.

Şirniyyat yemə  istəyini də meyvə ilə yatışdırın.  Hətta səhəri  gün bol  meyvə yeyin. Səhər naharında meyvə salatı, günorta yeməyində salata qarışdırılmış və ya meyvəli pudinq və ya meyvəli qatıq istehlak edin.

2-Sirkə 

Yeməkdə 1 yemək qaşığı sirkə içmək,  ya da salatınızın üzərinə səpmək  karbohidrat baxımından zəngin böyük bir pay istehlak etdikdən sonra qan şəkərinin yüksəlməsinin qarşısını alır.

İnsanların çoxunda qan şəkərində ani artmadan sonra qəfil enmə olur  və bu da iştahı artırır. Bu hal xüsusilə qlükozanı orqanizmdə idarə edə bilməyən şəkər xəstələri üçün keçərlidir. Zamanla qanda olan həddindən artıq qlükoza toxumalara zərər verər.

3-Ədviyyat

Yeməyinizə ədviyyat əlavə etmək həddindən artıq yeməyin mənfi təsirlərini azaltmağa kömək edə bilər.
"The Journal of Nutrition"da 2011-ci ildə nəşr olunan məqaləyə görə,  təxminən 2 çay qaşığı ədviyyat (bibəriyə, kəklikotu, darçın, zərdəçal, sarıkök, qara bibər, mixək, sarımsaq tozu və qırmızı bibər qarışığı) əlavə edilən  yeməyi yeyən iştirakçılarda  triqliserit və insulin səviyyəsi  daha aşağı olub.


Çox yağlı, yüksək kalorili  yemək yedikdən sonra ədviyyat olmayan  payla davam etdiklərində isə bu dəyərlər daha yüksək səviyyədə olub. 

Araşdırmaçılara görə, ədviyyat qarışığı yağın yavaş həzm edilməsinə səbəb olur və antioksidantlar həddindən artıq yemək yedikdə yaranan zərərli sərbəst radikalları təmizləyir. 

Nəticə olaraq... 

Həftədə bir gün zövq alaraq yediyiniz bir yemək,  ya da bir gün həddindən artıq yemək diyetinizi və sağlamlığınızı pozmaz. Əhəmiyyətli olan keçmişdə qalmamaq və yediklərinizə görə  özünüzü günahlandırmaq yerinə kömək etməkdir.

 Necə? 

Təzə meyvə və tərəvəzləri yeməyi, bol su içməyi və bir az da hərəkət etməyi hədəfləyin. Qısa bir yürüş sizə  yaxşı təsir edəcək. Bu, həm də  sərbəst radikallarla mübarizədə fiziki olaraq güclü hiss etməniz üçün də lazımdır.
Bunu da unutmayın,  orqanizmə kömək etməyin ən yaxşı yolu az kalori istehlak etməkdir.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 14-04-2021