Uzun müddət tox qalmaq və iştahanı azaldan qidalar qəbul etmək pəhrizlərin uğurlu olmasını təmin edən əsas amillərdən biridir. Bəzi qidalar beyinə siqnalı tez göndərir və iştahanın azalmasına kömək edir.
TurpKimi.com sizi tox tutaraq iştahanızı azaldacaq sağlam qidaların siyahısını təqdim edir.
1. Alma
Alma mükəmməl lif mənbəyidir və tərkibində olan su özünüzü tox hiss etmənizə səbəb olur. Almanın tərkibində olan pektin qan şəkərini tənzimləməyə köməkçi olur.
2. Avokado
Tərkibindəki sağlam yağlar və liflər tox qalmağınıza kömək edir. Həmçinin ən yaxşı yağ əridən meyvələrdən biridir və arıqlamağa kömək edir.
3. Darçın
Darçın qan şəkərini aşağı salır. Eyni zamanda şirin yemək istəyini də öldürür. İştahanın azalmasına kömək edir. Südə darçın qatıb içmək aclıq hissini öldürür, sizi bir müddət tox tutur.
4. Tünd qara şokolad
İçərisində 70 faiz kakao olan şokoladları üstünlük vermək lazımdır. Acı şokolad iştahanızı azaltmaq üçün beyinə siqnal göndərir və toxluq hissi verir.
5. Yumurta
Yumurta zülal mənbəyidir. Səhər yeməklərində yumurta istehlak etsəniz, sizi uzun müddət tox saxlayar.
6. Paxlalılar
Paxlalılar fəsiləsinə aid olan mərci, noxud, quru lobya, maşı süfrələrinizdən əskik etməyin. Zülal və lif baxımından çox zəngin olan paxlalılar sizi uzun müddət tox saxlayır. İştahanızı nəzarət altına alır.
7. Qatıq
Zülal baxımından zəngin olan qidalar arasında qatığın xüsusi yeri var. Yeməklərarası və ya yemək vaxtı qatıqdan istifadə etmək uzun müddət tox qalmağınıza kömək edir.
8. Brokoli
Lif baxımından zəngin olan brokoli həm kalorisi aşağı, həm də ən sağlam qidalardan biridir. Gül kələmi aclıq hissini yox edir və sizi tox tutur.
9. Badam
Ən faydalı quru meyvələrdən biri olan badam sayəsində iştahanızı nəzarət altına ala bilərsiniz. Ara payda gündə bir ovuc badam yemək olar.
10. Acı istiot
Acı bibərin tərkibində olan kapsaisin maddəsi iştahanızı nəzarətdə saxlayır. Yeməklərdə və ya salatda acı istiotdan tez-tez istifadə edin.
17-03-2019
Vüsalə Əlövsətqızı, TurpKimi.com