Meyvəni yeməyin ən ideal vaxtı...
Bütün mütəxəssislər meyvənin nə qədər faydalı olduğunu təsdiqləyir. Lakin meyvənin faydalarından tam şəkildə yararlanmaq üçün düzgün vaxtda yemək lazımdır.
TurpKimi.com bildirir ki, tərkibində çoxlu miqdarda şəkər olan meyvələrin qəbul ediləcəyi vaxt vacibdir. Xüsusilə də yeməkdən dərhal sonra meyvə yemək yanlışdır. Bu xətaya yol versəniz həzm sisteminizə ziyan vermiş olacaqsınız.
Odur ki, yeməkdən dərhal sonra meyvə yeməkdən uzaq durmalısınız. Şəkər, karbohidrat və bakteriyalar qidaların fermentasiyasına səbəb ola biləcəyi üçün həzm sisteminizdə problemlərə yol aça bilər.
Meyvələrin özləri ana yeməkdir. Meyvələr ana yeməklərlə birlikdə yeyilməməlidir. Meyvədəki şəkər ağır proteinlərlə birlikdə həzm edilərkən fermentləşdirilir. Ona görə də yemək yedikdən sonra 30 dəqiqə fasilə edib meyvə yemək daha düzgündür.
- Ümumiyyətlə, meyvələrin yeyiləcəyi ideal vaxt səhər saatlarıdır. Bir stəkan su içdikdən sonra üzərindən meyvə yemək meyvə qəbul etməyin ideal formasıdır. Bu şəkildə meyvə yesəniz asanlıqla arıqlaya da bilərsiniz.
- Yeməkdən yarım saat əvvəl meyvə yesəniz iştahınız nəzarət altında olacaq. Həmçinin yeməkdən əvvəl meyvə yediyiniz zaman orqanizminiz meyvələrdəki liflərdən daha çox faydalanacaq.
- Gecə yatmazdan əvvəl meyvə yemək yuxunuza mənfi təsir edəcək. Enerjinizi artıran meyvələri yatmazdan əvvəl yesəniz yuxuya getmənizdə çətinlik yaranacaq..
Firuzə Alimova / TurpKimi.com