Çoxuşaqlı ailələr zehni iti saxlayır - Yeni araşdırma


Bu ailələrdə yaddaşı güclü edən əsas iki səbəb var...

coxusaqli-aileler-zehni-iti-saxlayir
30.05.2024 01:11 1 dəq oxuma

Çox uşaqlı valideynlərin beyin fəaliyyəti ailəsi böyük olmayanlara nisbətən struktur baxımından "cavan" olur. Bu, böyük bir ailənin rifahını qorumaq üçün beyni daim "gərmək" ehtiyacı ilə əlaqədar ola bilər.

TurpKimi.com bildirir ki, bu barədə “Daily Mail” Yel Universitetinin alimlərinin araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqat Britaniya Biobank verilənlər bazasından 37 mindən çox subyektin beyin şəkillərini (maqnit rezonans görüntüləmə nəticələri) araşdırıb. Nəticələr göstərib ki, bir ailədə birdən çox uşağın olması valideynlər üçün “uzun müddətli neyroproteksiyaya” töhfə verib. Xüsusilə, çoxuşaqlı valideynlərdə beyin fəaliyyətinin strukturu gənclərinkinə yaxın olub.

Elm adamları, uşaqlara daim qayğı göstərmək, onları böyütmək və böyük bir ailədə müəyyən qaydalar yaratmaq ehtiyacının beyni "yaxşı formada" saxlamağa kömək etdiyini düşünürlər. Həmçinin, neyroproteksiya çox uşaqlı valideynlərin, bir qayda olaraq, gündəlik sosial və fiziki fəaliyyət səviyyəsinin daha yüksək olması ilə əlaqədar ola bilər.

Firuzə Alimova / TURPKİMİ.COM