Çox sevdiyiniz süfrəyə düşən çuğundur ləkəsini çox çətinliklə aparmaq olur.
TurpKimi.com çuğundur ləkəsindən xilas olmağın asan üsulunu təqdim edir:
Bir parça çörəyi su ilə isladın. Çirklənən süfrəni və ya paltarı düz bir yerə sərin. Örtüyün ləkəli qismini çörək parçasının üzərinə qoyun. Yenə isladılmış bir çörək parçasını üzərinə yerləşdirin. Çörəklər ləkəni əməcək və örtük təmizlənəcək. Bu üsuldan çörəyin ölçüsünü böyüdərək xalçalarınızda da istifadə edə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub:10-09-2020