Çürüməsi üçün 500 il lazım olan plastik qablardan necə imtina etmək olar? - Sadə yolları


Həyatımızın hər sahəsində istifadə etdiyimiz plastik məhsulların ətraf və insan sağlamlığına verdiyi zərərləri bir anlıq düşünsək dəhşətli tablonun şahidi olarıq.

curumesi-ucun-500-il-lazim-olan-plastik-qablardan-nece-imtina-etmek-olar
30.11.2021 14:01 2 dəq oxuma

Adicə istifadə etdiyimiz birdəfəlik stəkanlar, çubuqlar, sellofan paketlər suda  yaşayan canlıların həyatına son qoyur. 

Üstəlik həmin məhsulların təbiətdə çürüməsi üçün ən azı 500 il vaxt lazımdır. 

Dünyanın öndə gedən ölkələrində artık plastik məhsullardan istifadəyə birdəfəlik qadağa qoyulmağa başlayıb. 

TurpKimi.com xəbər verir ki, dünyada plastik məhsullardan  istifadəni azaltmaq üçün 7 təklif  var. 

Plastik qablarda satılan sulardan imtina edin

Plastik məhsulların tərkibində olan  kimyəvi elementlər suyun keyfiyyətində PH dəyərini azaldır.  Hətta içməli suyu belə plastik qablarda deyil, şüşə və ya marinadlı qablarda saxlayın. 

Karton stəkan seçin

Xüsusilə çöldə yemək yeyərkən maye istehlakında çubuqdan istifadə son illərdə daha çox artıb. Plastik çubuqların yerinə şüşə stəkanlar və ya kağızdan emal edilmiş çubuqlardan istifadə edin. 

Ekologiyaya ziyan vurmayan məhsulları alın

Plastik məhsulların ən çox istifadə edildiyi yer mətbəxdir.  Plastik və birdəfəlik vəsaitlər yerinə paslanmayan polad, bambuk və şüşədən hazırlanmış mətbəx ləvazimatlarından istifadə edin.

Saxlama qablarını şüşədən hazırlanmış qablara dəyişin

Yeməkləri saxlamaq üçün plastik qablardan çox istifadə edirik. Həm ətraf mühit, həm də insan sağlamlığı baxımından yeməkləri  şüşə  və polad, şirəli  qablarda mühafizə edin. 

Alış-veriş edərkən plastik paketlərdən istifadə etməyin

Geniş şəkildə istifadə edilən plastik çantaların və torbaların xam maddəsi neftdir. Bu maddələr insan bədəni və qidalarla təmas etdikdə ciddi xəstəliklərin yaranmasına səbəb olur.  Bez və ya həsir parçadan hazırlanmış çanta və torbaları seçin. 

Plastik paketləri seçməyin

Qidaları saxlayarkən və ya soyuducuya qoyarkən kağız və ya karton qutulardan istifadə edin. 

Təbii məhsulları seçin

Gündəlik olaraq  istifadə edilən və plastikdən hazırlanan məhsullar arasında diş fırçaları da var. Plastik diş fırçalarının yerinə bambuk kimi təbiətdə həll edilə bilən  maddələrdən hazırlanmış  diş fırçalarından istifadə edilməlidir.

Plastik tullantıların qurbanları

Vüsalə Əlövsətqızı, Turpkimi.com

Dərc olunub: 18-09-2020

Bunu da oxu:
Plastik qablardakı təhlükə - Tərkibindəki bu maddə gizlincə bədənə yerləşir