Çürüyən pomidoru necə dəyərləndirilə bilərik?


Pulun çətin qazanıldığı bir dövrdə hər şeyi dəyərləndirməklə büdcənizə qənaət etmiş olursuz.

curuyen-pomidoru-nece-deyerlendirile-bilerik
07.07.2025 15:25 2 dəq oxuma

Yüngül çürümüş və ya yumşalmış pomidorları tullamaq əvəzinə, həm təbiətə, həm də büdcənizə fayda verəcək bu üsullarla dəyərləndirə bilərsiniz:

1. Təbii Ev Tomat Pastası Hazırlayın

Çürüməmiş hissələri ayırıb blenderdən keçirərək evdə qatqısız tomat pastası hazırlaya bilərsiniz.
→ Günəşdə qurudaraq və ya sobada bişirərək saxlanıla bilər.

 2. Qışlıq Sous Hazırlayın

Yumşalmış pomidorları doğrayın, bir az bibərlə birlikdə qovurun.

→ Təmiz bankalara qoyub ağzını möhkəm bağlayın.
→ Qışda səhər yeməyində və ya yeməklərdə rahatlıqla istifadə edə bilərsiniz.

 3. Toxumlarından Fidan Yetişdirin

Pomidorun içindəki toxumları yuyub qurudun, sonra torpağa basdırın.

→ Saxsıda və ya bağda 7–14 gün ərzində cücərə bilər.
→ Fidanlar böyüdükdən sonra torpağa köçürə bilərsiniz.

4. Dəri Maskası Kimi İstifadə Edin

Əgər allergiyanız yoxdursa, çürük hissələri təmizlənmiş pomidorları püre halına gətirərək üz maskası kimi istifadə edə bilərsiniz.

→ Dərini təmizləyər, canlandırar və məsamələri daraldar.

(Qeyd: Əvvəlcə dərinizin kiçik bir hissəsində yoxlamağınız tövsiyə olunur.)

 5. Fermentləşdirilmiş Gübrə Hazırlayın

Doğranmış pomidorları düyü yuma suyu ilə qarışdırın, ağzı bağlı qabda 2–3 gün fermentləşdirin.

→ Bu təbii qarışığı sakxıya və ya bağ torpağına tökərək qidalandırıcı gübrə əldə edə bilərsiniz.

 6. Öz Pomidor Bağınızı Qurun

Fidanlar böyüdükdən sonra onları bağa əkərək davamlı pomidor istehsalına başlaya bilərsiniz.
→ Həm orqanik tərəvəz yetişdirmiş, həm də israfın qarşısını almış olarsınız.

Nəticə:

Çürüyən pomidorları dəyərləndirməyin bir çox yolu var. Bu üsullarla həm təbiətə töhfə verərsiniz, həm də evdə praktik və iqtisadi həllər yaratmış olarsınız. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com