Bəzi cütlüklər bir neçə dəfəyə körpə sahibi olurlar. Bəziləri isə aylarla sınamaq məcburiyyətində qalır.
TurpKimi.com xəbər verir ki, valideynlər üçün nəzərdə tutulmuş sayt olan "Channel Mum.Com"un apardığı anketin nəticələri xeyli maraqlıdır.
Aparılan sorğuya görə, cütlüklər uşaq sahibi olmağa qərar verdiyi andan etibarən hamiləlik testində o iki xətti görmək üçün orta hesabla 78 dəfə cinsi əlaqəyə girir. Bu rəqəm 158 gün ilə 6 ay arasında dəyişir.
Ana-uşaq saytı olan "Channelmum.Com"un apardığı sorğuda iştirak edən 1194 cütlük ayda orta hesabla hamilə qalmaq üçün 13 dəfə cinsi əlaqəyə girdiyini deyib.
Ayda 13 dəfə cinsi əlqədə olmaq çox əyləncəliymiş kimi görünə bilər, amma sorğuda iştirak edənlərin18 faizi uşaq sahibi olmaq üçün cinsi əlaqəyə girməyin stresli olduğunu qeyd edib. 43 faizi isə bunun əyləncəli olduğunu,ancaq uşaq sahibi ola bilmək üçün də qorxduqlarını dilə gətirib.
"Channelmum.Com"un banisi Siobhan Freegard "körpə sahibi olmaq üçün yaşayacağınız eyş-işrətdə yalnız uşaq sahibi olmağa diqqət yetirməyin, bir-birinizi də düşünün" deyib.
CİNSİ ƏLAQƏ POZASI HAMİLƏ QALMAĞA TƏSİR EDİRMİ?
Cinsi əlaqə mövqeyinin hamilə qalmağa təsir etdiyini düşünənlər də var. Aparılan bu sorğuya görə, uşaq istəyənlər üçün ən populyar poza missioner pozasıdır. Sorğuya qatılan cütlüklərin 3-də 2-si bu pozaya üstünlük verir. Missionerdən sonra ən çox üstünlük verilən poza stili itdir. 36 faiz bu pozanı seçib. Bəzi cütlüklər isə qadının mövqeyinə görə hamilə qalma şansının artdığını düşünür. Qadınların yarısı yumurtlama günündə cinsi əlaqəyə girərək sanşını artırır. 39 faizlik bir hissə isə qidalanmasına və ekstra vitamin qəbul etməsinə diqqət edir.
"Hamilə qalmaqda zamanlama çox əhəmiyyətlidir, spermalar iki və ya üç gün canlı qala bilər" deyən genekoloq A. Murat Emanetoğlu hamilə qalma ilə bağlı insanları maraqlandıran suallara cavab verib.
Yumurta hüceyrəsi yalnız 12-24 saat canlı qalır. Bu səbəbdən də hamilə qala bilmə şansını artırmaq üçün yumurtlama dövründə bir dəfədən çox cinsi əlaqəyə girmək vacibdir. Cinsi əlaqəyə təxmin edilən yumurtlama dövründən bir-iki gün əvvəl və yumurtlama günündə girmək yaxşı fikir ola bilər. Onda yumurta yumurtalıqlardan ifraz edildikdə borularda onu mayalandırmaq üçün gözləyən bir çox sperma olacaq. Yumurtlamaq vaxtını (ovulyasiya) tam olaraq müəyyən etmək elə də mümkün deyil. Bu bir az da aybaşı prosesindən asılıdır.
YUMURTLAMA ZAMANI BƏZİ ƏLAMƏTLƏR
Ovulyasiya bildiyimizin əksinə, iki aybaşı prosesinin ortasında deyil, adət qanamasının 14-cü gününə təsadüf edir.
Əgər 28 gündən bir aybaşı görülürsə, o zaman iki aybaşı qanamasının ortasında olacaq. Amma 35 gündən bir qanama olursa yumurtlama vaxtı 17-ci gündə deyil, 21-ci gündə olacaqdır. Qadınlar yumurtlama vaxtlarını hiss edə bilərlər. Ancaq bəzi qadınlar heç bir dəyişikliyi hiss etməzlər. Əgər hamilə qalmaq istəyirsinizsə, bir neçə ay aybaşı prosesini təqib edin. Yumurtlama dövründəki bəzi əlamətlər belədir;
Döşlərdə həssaslıq
Qarnınızda yüngül narahatlıq hissi
Yumurta ağı kimi sulu və artmış vaginal axıntı
Bədən temperaturunda yüngül artım
Hazırladı: Vüsalə Əlövsətqızı, TurpKimi.com