Cütlüklərin “yorğan davası” həll olunur – YENİ ÜSUL - VİDEO


Cover Clamp...

cutluklerin-yorgan-davasi-hell-olunur-yeni-usul
25.08.2020 21:54 1 dəq oxuma

Bir şirkət cütlüklər arasındakı yorğan problemini həll etmək üçün yeni üsul tapıb.

TurpKimi.com bildirir ki, yatarkən cütlüklər arasında yaşanan “yorğan davası” xoruldama problemindən sonra ikinci yerdə dayanır. Çünki yorğanı heç cür aralarında payalaşa bilməyən cütlüklərdən biri mütləq üstü açıq şəkildə səhərə kimi yatmaq məcburiyyətində qalır.

Lakin bir şirkət həmin problemə çarə olacaq bir məhsul istehsal edib. Həmin məhsul "Cover Clamp" adlanır. Yorğanla yataq arasında xüsusi tutacaqlar vasitəsiylə bağlanır və gecə boyu yorğan üstündə olan davaya son qoyur.

Məhsulun təqdimatı videoda:

Firuzə Alimova / TurpKimi.com