Alimlərin araşdırması...
Amerika Birləşmiş Ştatlarının “Beth Israel Deaconess” Tibb Mərkəzinin (BIDMC) əməkdaşları D vitamininin qəbulunun D vitamini çatışmazlığı olan insanlarda ürəyə necə təsir etdiyini öyrənmək üçün araşdırma aparıblar.
TurpKimi.com xəbər verir ki, araşdırma barədə “American Journal of Preventative Cardiology” yazıb. Alimlər müəyyən ediblər ki, D vitamini ürək-damar xəstəlikləri riskini azaltmır.
Tədqiqatçılar D vitamininin iki zülala təsirinin təhlilinə diqqət yetiriblər. Keçmiş müşahidələr aşağı D vitamini səviyyəsi ilə ürək-damar xəstəlikləri riskinin artması arasında əlaqə olduğunu irəli sürüb.
Tədqiqat ikiqat kor randomizə edilmiş testdən istifadə edərək aparılmışdır. İştirakçılar dörd qrupa bölünüblər. Onların hər biri müxtəlif dozalarda vitamin D3 qəbul edib, gündə təxminən 200-dən 4000 beynəlxalq vahidə qədər... Ürək-damar xəstəliyinin markerlərinin səviyyəsi ilkin mərhələdə və 3, 12 və 24 aydan sonra yenidən ölçülüb.
Məlumatların təhlili göstərib ki, D vitamini səviyyəsinin aşağı olması həqiqətən ürək-damar xəstəliklərinin markerlərindən birinin artması ilə əlaqələndirilir. Bununla belə, D vitamini əlavəsi, dozadan asılı olmayaraq, iki il ərzində bu nisbətləri azaltmayıb.
Tədqiqat müəllifləri D vitamini əlavəsinin ürək-damar xəstəliklərinin markerlərinə heç bir təsiri olmadığını vurğulayıblar. Bu da belə xəstəliklərin qarşısının alınması üçün istifadənin məqsədəuyğunluğunu şübhə altına alır.
Firuzə Alimova / TURPKİMİ.COM