Tibbin qəbul etmədiyi mükəmməl sağlamlıq metodları...
SSRİ-də sadə və mükəmməl sağlamlıq metodları var idi, lakin səhiyyə tərəfindən rəsmi qəbul edilmirdi.
TurpKimi.com rus mediasına istinadla xəbər verir ki, belə möcüzəvi metodlardan biri də akademik Mikulinin təklif etdiyi titrəmə gimnastikasıdır (vibro-gimnastika). Hərəkətin bu növü ayaq əzələlərini laktik turşudan xilas edir, venoz qan dövranını isə yaxşılaşdırır.
İnfarkt keçirən akademik Orbeli qan axınını yaxşılaşdıraraq “köhnə” ürəyini müalicə edən bu vibro-gimnastikaya görə Mikulinə çox minnətdar idi. Edilən bu ayaq hərəkəti təkcə ayaqdakı geniş damarlara deyil, tıxanmaların yarandığı xırda kapilyarlara da müsbət təsir göstərir. Bunun üçün sadəcə dabanları yerə vurmaq lazımdır.
Beləliklə, dayanıqlı vəziyyətdə topuqları döşəmədən 2-3 sm qaldırın və birdən yerə buraxın. Bu yolla qanı damarlardan yuxarıya doğru hərəkətləndirir və durğunlaşmağına imkan vermirsiniz.
Bu məşqi davamlı gündə 5 dəfə olmaqla 30 dəfə edərək ürək, qan-damar və ayaqlarınızdakı xəstəliklərdən şikayətlənməyəcəksiniz.
Firuzə Alimova / TurpKimi.com