Dadına doymayacağınız kartof salatı - Resept


Fərqli dad axtarırsınızsa bu resept sizin üçündür. 

dadina-doymayacaginiz-kartof-salati
16.05.2023 20:17 1 dəq oxuma

TurpKimi.com hər kəsin evində olan ərzaqlarla həm sadə, həm də ləzzətli kartof salatının hazırlanma qaydasını sizlərlə bölüşür:

Ərzaqlar:

7-8 ədəd kartof
1 kiçik qutu konservləşdirilmiş qarğıdalı
1 ədəd qırmızı soğan
8-9 ədəd xiyar turşusu (kornişon)
3-4 budaq təzə yaşıl soğan
Bir dəstə cəfəri
Bir dəstə şüyüd

Sousu üçün;

Yarım çay stəkanı turşu suyu (hər hansı turşu suyu)
1 kiçik çay qaşığı xardal
4 yemək qaşığı mayonez
2 yemək qaşığı süzmə qatıq
Duz, qara istiot
5-6 yemək qaşığı zeytun yağı

Hazırlanması:

Kartofları qabıqları ilə birlikdə yumşalana qədər qaynadırıq.

Suyunu süzüb qabıqlarını soyuruq. Xırda-xırda doğrayıb böyük bir kasaya tökürük.

Qırmızı soğanı incə-incə doğrayıb əlimizlə yoğurub kartofa əlavə edirik.

Üzərinə incə  doğranmış təzə soğan, cəfəri, şüyüd, kornişon turşu və qarğıdalını əlavə edirik.

Ayrı bir kasada sousu üçün bütün ərzaqları qarışdırıb çırpırıq.

Kartofların üzərinə tökürük və qarışdırırıq.

Daha sonra servis edirik. 

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com