Dadından doymayacağınız toyuqlu diyet salatı


Bəzən insanın damaq dadı dəyişir. Bəzən könlümüzdən turşməzə, bəzən şirin, bəzən də acı yemək keçir.

dadindan-doymayacaginiz-toyuqlu-diyet-salati
27.08.2024 18:56 1 dəq oxuma

TurpKimi.com həm diyet saxlayanların, həm də fərqli dad axtaranların  damaq dadına uyğun toyuq salatı resepti təqdim edir: 

Salatın tərkibində züllala zəngin toyuq, qatıq və dəmirlə zəngin yaşıl tərəvəzlər var.

Ərzaqlar:

1 toyuğun sinə əti
1 dəstə kahı
1 çay stəkanı konservləşdirilmiş  qarğıdalı  
8-10 ədəd xiyar  turşusu
6 xörək qaşığı qatıq,  ya da xama
2 xörək qaşığı  mayonez (istəyə görə)
1 çay qaşığı duz
1 diş sarımsaq
10 qram şüyüd

Hazırlanması:

Toyuğun sinə ətini qaynadırıq və didirik. 

Xiya turşusunu, kahı və şüyüdü xırda-xırda doğrayırıq, qarğıdalı, əzilmiş sarımsaq, qatıq (xama, mayonez də ola bilər)  əlavə etdikdən sonra yaxşıca qarışdırırıq və   sonda toyuq ətini tökürük. 

Ürəyiniz istəsə kərə yağında qovrulmuş pul bibər də əlavə edə bilərsiz. 

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com