"Tik Tok"dan istifadəni qadağan edən ölkələrin sayı artır...
Son zamanlar məxfilik problemləri ilə gündəmə gələn Çin mərkəzli sosial media platforması “TikTok” istifadəçi sayını günü-gündən artırmağa davam edir.
Bəzi ölkələr isə son vaxtlar xüsusilə gənclər arasında çox populyar olan sosial media platforması “TikTok” haqqında xəbərdarlıq edir.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Çinin “TikTok” vasitəsilə istifadəçi məlumatlarına daxil ola biləcəyini bildirib.
Çexiya Milli Kiber və İnformasiya Təhlükəsizliyi Agentliyi “TikTok”un telefonları dinləyə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda tətbiqin istifadə edildiyi cihazlar vasitəsilə kritik infrastruktur sistemlərinin və kommunikasiya ünsürlərinin dinlənə biləcəyi qeyd edilib.
Digər tərəfdən, Çexiyanın daxili işlər naziri Vit Rakusan nazirlik daxilindəki işçilərin mobil telefon və ya oxşar cihazlarda tətbiqdən istifadə edə bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, ABŞ, Avropa Birliyi qurumları və Kanadada dövlət qurumlarında çalışanlara “TikTok”dan istifadə etmək qadağan edilib.
Firuzə Alimova / TurpKimi.com