Daha çox D vitamini qəbul etməyin - 3 ASAN YOLU


"D"nin ən çox olduğu o qidalar...

daha-cox-d-vitamini-qebul-etmeyin-3-asan-yolu
11.07.2022 12:38 2 dəq oxuma

İmmun sistemi üçün vacib olan D vitaminini xüsusilə, qış aylarında kifayət qədər ala bilmirik. Hələ pandemiya da həyatımıza daxil olandan evdən tez-tez bayıra çıxa, günəşdən lazım olan vitamini qəbul edə bilmirik. Həmçinin virusa qarşı D vitamininin qəbulunun vacibliyi də dəfələrlə mütəxəssislər arasında müzakirə mövzusu olub.

Turpkimi.com il ərzində daha çox D vitaminini qəbul etməyin çox asan 3 yollunu təqdim edir:

1 – YUMURTA

Yumurta ən gözəl D vitamini qaynağıdır. Bu, xüsusilə yumurtanın günəş işığına məruz qalan və yaxşı qidalanan toyuqlardan əldə edildiyi üçündür. D vitamini ən çox yumurtanın sarısında olur.

2 – YAĞLI BALIQLAR

Somon balığı D vitamini ilə zəngin balıqdır. Skumbriya, ton balığı, alabalıq və sardalya da D vitaminini bol-bol qəbul edə biləcəyiniz balıq növləridir.

3 – QIRMIZI ƏT

Mal və quzu əti kimi qırmızı ətlər kifayət qədər D vitamini ilə zəngindir. Mal ətinin qaraciyəri, böyrək və bağırsaqları da orqanizminizi D vitamini ilə təmin edəcək.

Qeyd: Yuxarıda qeyd etdiyimiz D vitaminli qidalar veqanların dostu deyildir. Ancaq bitki tərkibli qidalansanız belə, D vitamini qəbul etməyin çox faydalı yolları vardır. Belə ki, göbələk D vitamininin qəbulunda sizin bir nömrəli dostunuz olmalıdır. Aparılan araşdırmalara görə, bişirildikdən sonra göbələklərdə D vitamininin səviyyəsi azalsa da, 10 mikro qramdan aşağı düşmür.  Göbələk cəmi bir qab yeməklə orqanizminizi əhəmiyyətli dərəcədə D vitamini ilə təmin edən, heyvani olmayan, zənginləşdirilməmiş yeganə qida qaynağıdır.

Yazılıb: 16.02.2021

Firuzə Alimova / TurpKimi.com