Bəs siz nə deyirsiniz, ən çox yatan kimlərdir?
İngilis mütəxəssislər “qadınlar çox yatır, yoxsa kişilər?” sualının cavabını tapıb.
TurpKimi.com bildirir ki, araşdırmaya görə, qadınların kişilərdən 20 dəqiqə daha çox yatmağa ehtiyacı var.
Belə ki, “Loughborough” Universitetinin Yuxu Araşdırmaları Mərkəzinin alimi Cim Horne belə bildirir: “Yuxu beyninin özünü təmir etməsi və yenilənməsi üçün ehtiyac duyduğu andır. Yuxu zamanı dil, düşüncə və xatirələrin depolandığı korteks özünü yeniləyir”.
Qadınlar çox düşündükləri üçün beyinlərini kişilərdən daha çox işlədirlər və ona görə də daha çox yuxuya ehtiyacları olur. Müxtəlif işlərlə məşğul olan, qərarlar qəbul edən bir kişi də digər kişilərlə müqayisədə daha çox yuxuya ehtiyac duyur. Lakin bu ehtiyac qadınlar qədər olmaz. Qadınların kişilərdən 20 dəqiqə daha çox yatmağa ehtiyacı var. Bəzi qadınlar üçün bundan daha az müddət də kifayət edir.
Professor Horneyə görə 75 yaşlı qadının beyni 70 yaşlı kişinin beyninə yaxındır. Dəqiq səbəbi məlum olmasa da, bu hələ ki qadınların kişilərdən daha çox yatmasıyla əlqələndirilir.
Bəs bir qadın və kişi gündə neçə saat yatmalıdır ki, beyni dincəlsin?
Yetkin insan gündə təqribən 6-8 saat yuxu yatmalıdır. İnsan gün boyu özünü yuxulu hiss edirsə, demək, kifayət qədər yaxşı yatmayıb. Gümrah hiss edirsə, deməli, yaxşı yatıb.
Şimali Karolinada aparılan bir araşdırmaya görə, qadınların kişilərdən daha çox yuxusuzluq problemi yaşadığı məlum olub. Qadınlar daha ayıq yatır, hamiləlik, menopoz, istiliyin basması kimi səbəblərdən dolayı yuxu rejimi dəyişir. Professor bildirir ki, dərin yuxu ən yaxşı yuxudur. Analar uşaqları onları çağırarkən eşitsinlər deyə həssas yatır və ona səsləndikdə dərhal oyanırlar. Həmçinin qadınlar oyandıqdan sonra kişilər kimi asan yuxuya getmirlər.
Bəzi insanlar üçün gündə 5 saatlıq yuxu kifayət edir, çünki günorta vaxtı 1 saatlıq yuxu da 6 saatlıq yuxu rejimini tamamlamış olur. Bu az saatdır, amma yaxşı yatmaq istəyənlər üçün gözəl məsləhətdir. Marqaret Tetçer günorta 1 saatlıq yuxuyla birlikdə gündə 4 saat yatarmış. Vinston Çörçil gecə 4 saat, amma hər gün günorta 2 saat yatmağa vərdiş idi.
Ümumiyyətlə, yaxşı yatmadığınızı düşünüb üzülməyin. Gecə yata bilmirsiniz və ya bütün gecə yuxunuz olmursa, 14 saat yataqda vaxt keçirmək məcburiyyətində deyilsiniz. Dərin, qısa, lakin yaxşı bir yuxu sizin üçün yetərlidir. Ən azı 3,5 saat yuxu yatmanız belə bəs edir.
Firuzə Alimova / TurpKimi.com