Daha soğan soyarkən ağlamayacaqsız - Soğan niyə ağladır?


Yeməklərinizə ləzzət qatmaq üçün doğradığınız soğanların sizi ağlatmağından bezmisinizsə, diqqətiniz bizdə olsun.

daha-sogan-soyarken-aglamayacaqsiz
13.07.2020 20:41 1 dəq oxuma

Soğan ehtiva etdiyi vitamin və minerallarla insan sağlamlığı üçün bir çox faydası olan tərəvəzdir. Ancaq sağlamlığa olan faydalarını və yeməklərə qatdığı ləzzəti kölgələyən bir xüsusiyyəti var. Doğrayarkən ağladır.  

Soğan soyarkən niyə ağlayırıq?

TurpKimi.com xəbər verir ki, əslində soğan soyarkən və doğrayarkən bizi ağladan soğanın güclü qoxusu deyil, soğan  kəsildikdə soğandan çıxan qazlardır. Soğanı kəsdiyimizdə eyni zamanda soğan hüceyrələrini də kəsərik. Soğanı kəsdiyimiz zaman normalda hüceyrələrin içində olan  fermentlər sərbəst qalır.

Fermentlər reaksiyaya  girərək bəzi qazlar yaradır. İfraz olunan qazlar sərbəst olduğundan su ilə reaksiyaya girərək sülfirik turşusu  yaradır.  Bu kimyəvi reaksiya  gözlərlə təmas edərkən ağlamağımıza səbəb olar.   

Soyuducuya qoyun

Soğan doğrayarkən ağlamaq istəməyənlər soğanları soymadan öncə soyuducuya qoysunlar.  Beləcə içərisindəki kimyəvi reaksiya yavaşlayar və ağlamadan ləzzətli yeməklər bişirə bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com