Damarları təmizləmək üçün ELİKSİR


Eliksir heç yerdə satılmır...

damarlari-temizlemek-ucun-eliksir
25.12.2022 16:13 2 dəq oxuma

"Bu eliksiri hazırlamaq üçün zamana ehtiyac var. Bunu əvvəlcədən yazıram ki, məlumatınız olsun. Onu da nəzərinizə çatdırım ki, eliksir heç yerdə satılmır və yalnız özünüz hazırlayıb içə bilərsiniz".

TurpKimi.com bildirir ki, eliksirin hazırlanmasını hakim-fitoterapevt Fizuli Hüseynov paylaşıb: 

"Eliksir yüksək xolesterində, ürək damarlarının tutulmasında, yüksək təzyiqdə, yüksək lipidlərdə, piylənmədə, bədən soyuqluğunda, qan dövranı pozğunluqlarında, yaddaşsızlıqda, skleroz və s. kimi xəstəliklərdə faydalıdır.

Eliksir gözləri işıqlandırır, sağalmaz trofiki yaraların müalicəsində içilə bilir. Hətta şəkər xəstələri belə rahatca bu eliksirdən içə bilər, onlara da çox faydalıdır. Eliksir beyin-qan dövranını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Bunun üçün lazım olanlar:

Yemişan meyvəsi 400 qram, yemişan çiçəyi 100 qram, yapon saforası 200 qram, öksəotu 200 qram, yarım stəkan bal, 1 stəkan təbii alma sirkəsi, 1 stəkan spirt və 2 litr su...

Sadalanan bütün bitkilər doğranılır. Nə qədər balaca olsa, bir o qədər yaxşıdır. Üzərinə alma sirkəsi, spirt, bal və su əlavə olunur, yaxşı-yaxşı qarışdırılır, ağzı tənziflə örtülərək adi otaq temperaturunda bir yerə qoyulur. Yaxşı olar ki, şüşə balona töküb saxlayasınız. Belə ki, qış aylarında təxminən 3-4 aya, yayda isə 2 aya hazır olur (saxlanılan havanın tempraturu nə qədər isti olarsa eliksirimiz o qədər tez hazır olacaq). Çalışın gündə bir dəfə qarışdırın. Qarışımdan əvvəlcə çaxır iyi gələcək, sonra yavaş-yavaş sirkələşəcək. Tam sirkə iyi gələndə artıq istifadəyə hazırdır.

İstifadə qaydası:

Gündə 2-3 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içilir. İstifadə müddəti 3 aydır. Əlavə problem olarsa, məsələn; allergiya, təzyiq düşməsi, onda istifadəni dayandırıb məsləhət etmək lazımdır. Təzyiq düşən zaman 1 stəkan suya 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Onu da xatırladım ki, eliksirin tərkibində alkoqol qalmır. Tərkibə qarışdırılımış spirt sirkələşir. Eliksirə spirt yalnız xarab olmaqdan qorumaq üçün (stabilizator olaraq) qarışdırılır.

Yazılıb: 01.05.2022

Firuzə Alimova / TurpKimi.com