Damarları tutan qidalar - Hər gün yeyirik


Damarlar tutulanda ürək bədənin digər bölgələrinə qan daşıya bilmir. Belə olduqda ürək xəstəlikləri inkişaf edir. 

damarlari-tutan-qidalar
03.03.2023 22:03 1 dəq oxuma

Ürək-damar sağlamlığını qoruya bilmək üçün bəslənmədə bəzi dəyişikliklər edilməlidir. 

TurpKimi.com damar tıxanıqlığına səbəb olan qidaların siyahısını təqdim edir:

Ət 

Ət doymuş yağ və xolesterol nisbəti yüksək olan qidadır. Bu səbəbdən də həftədə 2 və ya daha çox miqdarda istehlak edilən yağlı qırmızı ət  damarların tıxanmasına səbəb ola bilər.

Yumurta 

Yumurtanın sarısı damarları tıxayan lipoproteinlərlə zəngindir. 

Bir yumurtada 5 qram yağ, 186 milli qram xolesterol (tövsiyə edilən miqdarın yarısından çoxu deməkdir) var.

Toyuq dərisi 

Toyuğun və ya hind toyuğunun dərisi damarların divarlarındakı yağın miqdarını çoxaldırlar. 

Məsələn, toyuğun qanadı ümumiyyətlə dərisi soyulmadan qızardılır. Zərərsiz görünsə də dəridəki kalori və lipoprotein miqdarı yüksəkdir.

Yalnız bir ədəd qızarmış toyuq qanadında 10 qram yağ və 160 kalori var. 

Trans yağ

Hər gün yediyimiz yeməklərin çoxunda trans yağlar və ya qismən hidrogenlənmiş əsas yağ turşuları var.  Damar tıxanıqlığının əsas səbəblərindən biri trans yağlardır. 

Ümumiyyətlə,  işlənmiş  qidalarda, marqarində, sobadan çıxmış məhsullarda və donmuş qidalarda trans yağlar çoxdur.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

26-11-2020