Ayaqqabılarınızı çəkməçiyə aparmadan da genişlədə bilərsiniz!
Əgər çox xoşladığınız və sizə uyğun nömrəsi olmadığı üçün bir ölçü kiçik almaq məcburiyyətində qaldığınız ayaqqabı varsa, TurpKimi.com-un təklifləri işinizə çox yarayacaq!
Təbii ev üsulu
Bir ayaqqabını genişlətməyin ən asan yolu onları əvvəlcə evdə geyinib gəzməkdir. İlk geyindiyinizdə rahat olmasalar belə ev işi, kompüter başında iş görmək onu genişləndirəcək. Qalın bir cüt corab, ya da bir neçə corab geyinməyi unutmayın!
Dondurun
Ağzı bağlanan bir paket alın və yarısına qədər su ilə doldurun. Paketin axıtmadığından əmin olduqdan sonra ayaqqabınızın içinə bu paketləri soxun, ayaqqabınızın hansı hissəsi dar gəlirsə, oraya yerləşdirin. Daha sonra ayaqqabılarınızı içindəki paketlərlə birgə buzluğa atın. Suyun buzlamasını gözləyin. Ayaqqabının içindəki su donanda genişlənəcək və beləcə ayaqqabınız da bir nömrə böyüyəcək. Daha sonra ayaqqabıları buzluqdan çıxardın və evin içində bir az geyinin. Amma sizə təklifimiz corab geyinməkdir, buzluqdan çıxdıqları üçün soyuq ola bilərlər.
Spreylə genişlətmə
Ayaqqabı satan mağazalarda tapa biləcəyiniz genişləndirici spreyləri şüşənin arxasındakı təlimatlara görə istifadə edə bilərsiniz.
Fen möcüzəsi
Ayağınıza qalın corablar geyərək ayaqqabılarla gəzin . Daha sonra feni ayaqqabılarınıza birbaşa təsir etməyəcək şəkildə tutun və ayaqqabılar istiləndikcə barmaqlarınızı içində oynadın. Soyuduqdan sonra ayaqqabıları təkrar geyinin və hələ də sıxırsa, prosesi təkrarlayın.
Kartoflar
1-2 ədəd kartofun qabıqlarını soyun, əgər ayaqqabının ucları sizi icidirsə, kartofları itələyə bildiyiniz qədər ayaq uclarına qədər itələyin. Kartofları ayaqqabınızın içində gecə boyun saxlayın.
Ayaqqabı qəliblərini də unutmamalıyıq
Ayağınızla eyni nömrədə ayaqqabı qəlibi alın və kiçik gələn ayaqqabılarınızın içinə qoyun. Lakin düzəltmək üçün bir neçə gün gözləməlisiz.
Avtomobilinizlə üzərlərindən keçin
Bəli qulağa qorxunc gəlir, amma bu üsul bəzən həqiqətən də işə yarayır. Maşınla ayaqqabınızın üstündən keçin, bir az köhnəlmiş görünməsini istəyəcəksinizsə sınayın.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 29-11-2019