Daun sindromlu ilk Barbi kuklası satışa çıxarılacaq


“Mattel” şirkəti ilk dəfə daun sindromlu Barbi kuklası təqdim edib.

daun-sindromlu-ilk-barbi-kuklasi-satisa-cixarilacaq-1
25.04.2023 22:10 1 dəq oxuma

“Mattel” şirkəti dünyada ilk dəfə olaraq daun sindromlu Barbi kuklası təqdim edib.

Yeni kukla uşaqlara gözəlliyin müxtəlifliyini təqdim etmək məqsədi daşıyır. Bu ayihə  “Barbie Fashionistas” xəttinin bir hissəsidir və tibb mütəxəssisləri ilə birgə hazırlanıb.

Qeyd edək ki, daha əvvəl ayağı protezli, eşitmə aparatlı, əlil arabalı və vitiliqo adlı dəri xəstəliyi olan kuklalar təqdim edilib.

TurpKimi.com