Dəfnə yarpağının faydaları nələrdir? - Yandırdıqda nəyin qarşısını alır?


Qış mövsümündə qrip infeksiyalarına yaxşı təsir edən dəfnə yarpağı haqda bilmədiyimiz çox şeylər vardır. Əksəriyyəti dəfnəni turşulara və borşa vurulan ədviyyat kimi tanıyır. Ancaq dəfnə yarpağının istifadə yerləri çox genişdir.

defne-yarpaginin-faydalari-nelerdir
15.09.2024 18:48 3 dəq oxuma

Tərkibində olan vitamin və minerallarla süfrələrin bəzəyinə çevrilən dəfnə yarpağı həzmi nizamlayır, ürəyi qoruyur və ağrıları yüngülləşdirir.  Dəfnə yarpağı çayı isti su ilə qarışdırıldıqda qəbizlik, mədə qıcqırması və nizamsız bağırsaq hərəkətliliyi kimi məşhur həzm pozğunluqları xəstəliklərini yüngülləşdirir. 

TurpKimi.com dəfnə haqqında bilməli olduğunuz ən maraqlı bilgiləri nəzərinizə çatdırır. 

DƏFNƏ YARPAĞININ FAYDALARI NƏLƏRDİR?

Aromatik bir bitki olan dəfnənin qoxusu xoşdur. Həm yeməklərə ləzzət vermək məqsədi ilə istifadə edilir, həm də tibbi təsirləri  var. Yarpağı və meyvəsindən yağ alınır.  Dəfnə meyvələrindən əldə edilən dəfnə yağı antiseptik xüsusiyyətə malikdir.

Dəfnə yarpağının faydaları çoxdur:

Soyuqdəymə, qrip və infeksiya əlamətlərinə qarşı yaxşı təsir edir,
Baş və bel ağrılarını yüngülləşdirir,
Qan şəkərini tarazlayır,
Dadı və qoxusu insanı sakitləşdirir,
Göz xəstəliklərinə qarşı yaxşı təsir edir,
Qastrit və xora kimi mədə problemlərində mədəni gücləndirir, 
Ürək damarlarını gücləndirir,
Qan xərçəngi kimi tanınan leykoza qarşı təsirlidir,
Dəri xərçənglərinə qarşı faydalıdır,
Həzm sisteminə yaxşı təsir edir və qazçıxaıcıdır
Dəfnə yarpağının qaynadılmış suyunu saç diblərinə tətbiq etdikdə bitlərdən xilas olarsınız,
Toz halına gətirilmiş dəfnə yarpağını diş fırçanıza məcun kimi sürtüb dişlərinizi fırçalaya bilərsiniz, dəfnə yarpağının dişləri parıldatdığına şahid olacaqsınız,
Hamiləliyin ilk aylarında  istifadə edildikdə körpənin ehtiyacı olan fol turşusunun qarşılanmasına qatqı təmin edər,
Skelet sistemindəki ağrıları yüngülləşdirir,
Yüksək temperaturun-qızdırmanın aşağı salınmasında köməkçidir,
Aybaşı pozğunluğuna qarşı yaxşı təsir edir,
Keyfiyyətli yuxu almağa kömək edir, stressi aradan qaldırır...

DƏFNƏ YARPAĞI NƏ İŞƏ YARAYAR?

Zəngin mineral və vitamin tərkibilə seçilən dəfnə yarpağı xüsusilə qış aylarında qrip kimi infeksiyalardan qorunmaq üçün ən gözəl vasitələrdən biridir. Salatlarda,  zeytun yağlı yeməklərdə istifadə edilən dəfnə yarpağı antioksidant qaynağıdır. Stresli anlarda  dəfnə yarpağı çayı sakitləşdirici xüsusiyyətə malikdir. Dəfnə çayı böyrəklərdə daş yaranmasının qarşısını alır. 

DƏFNƏ YARPAĞI YANDIRMAQ NƏLƏRƏ TƏSİR EDİR?

Dəfnə yarpağı yandığı zaman baş ağrısına, ağciyərlərə, şəkər xəstəliyinə və xərçəngə yaxşı təsir edir.  Dəfnə hər vaxt yarpaqları yaşıl qalan bir ağacdır. Yayda və qışda yarpağını tökməz. Aromatik bir bitki olan dəfnənin qoxusu xoşdur. Yandığı zaman da ətrafa xoş qoxu yayır. 

DƏFNƏ YARPAĞI ÇAYI NECƏ HAZIRLANIR?

1 litrə qədər suyun içinə bir miqdar dəfnə yarpağı əlavə edilir və qaynadılır,  süzülür və gündə 1-2 dəfə istehlak edilir.

Dəfnə yarpağını çiy şəkildə çeynəyərək də istehlak edə bilərsiniz.  

Bir az sirkə ilə birgə qaynadılaraq qarqara kimi də  istifadə edilməkdədir.

Dəfnə yarpağını yeməklərdə və ya salatlarda istifadə edə bilər, suyunu qaynadaraq istehlak edə bilərsiniz. Dəfnə yarpağı çayı ənənəvi olaraq bədəndən çox suyun atılması üçün istifadə edilir. Dəmir əskikliyi ilə əlaqəli anemiyanın müalicəsində köməkçi təbii məhsul olaraq istehlak edilə bilər. Dəfnə yarpağı yağı saç köklərini gücləndirir.

Dəfnə yarpağının istifadə sahələri;

Ətir

Natural dərman istehsalı

Çay istehsalı

Krem

Sabun

Şampun

Bədən losyonu

DƏFNƏ YARPAĞI SUYUNUN FAYDALARI NƏLƏRDİR?

Dəfnə yarpağı suyu həm sakitləşdirici,  həm də sağlamlığa faydalıdır. Yorğun bədəni dinləndirir, yarpağı quru öskürəyə, siqaretdən zədələnmiş ağciyərlərin təmizlənməsinə yaxşı təsir edir.  Vitamin, kalsium, mis, kalium, sink və mis cəhətdən zəngin olan dəfnə yarpağının suyu şəfa qaynağıdır. Bir ovuc dəfnə yarpağını 200 ml su ilə qaynadın. Bu suyu gündə 2 dəfə içdiyinizdə həm böyrək infeksiyalarını,  həm də böyrək daşını önləyə bilərsiniz.

Dəfnə yarpağı güclü mikroböldürücüdür,  həm də qədim inanclara görə güclü bəd-nəzər götürücüdür. 

Dəfnənin  qurudulmuş yarpağı paxlalı bitkilərin bitlənməsinin qarşısını alır. Beləki, dənli bitkiləri bitlənməkdən qorumaq üçün içərisinə bir-iki ədəd quru yarpaq atmaq kifayətdir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

31-10-2022