Dəhşətli hadisə ona yeni həyat bağışladı - Nekrotizan fasiit nədir?


Nekrotizan fasiit (ət yeyən bakteriya)   ingilis qadının üzünün yarısını itirməsinə səbəb olub. 

dehsetli-hadise-ona-yeni-heyat-bagisladi
11.03.2023 22:07 2 dəq oxuma

15 dəfə əməliyyat keçirdikdən sonra həyata geri dönən 51 yaşlı qadın iyun ayında evlənəcəyini açıqlayıb. 

TurpKimi.com İngiltərə mətbuatına istinadla xəbər verir ki,  İngiltərənin Leeds şəhərində yaşayan 3 uşaq anası Donna Corden 2018-ci ildə ət yeyən bakteriyaya yoluxduğundan üzünün yarısını itirib.

Donna mətbəxdə kiçik bir qəza keçirdikdən sonra qaşının üzərində yaranan yaraya əhəmiyyət verməyib. Qəzadan 2 gün sonra üzündəki yara qaralmağa başlayıb. Üzü şişib, gözləri göyərib. Xəstəxanaya aparılan qadına tez bir zamanda diaqnoz qoyularaq əməliyyata götürülüb. Üzündən çürüyən ət kəsilərək çıxarılıb. Donnanın səhhəti əməliyyatdan sonra daha da pisləşib. Böyrək çatışmazlığı və sepsislə üzləşib. 4 gün komada qalandan sonra Donna həyata dönüb. Üzünün normal hala gəlməsi üçün 15 dəfə əməliyyat olub. Hətta bir neçə əməliyyat da keçirməlidir. 

Onun üzünə yeni üz nəql edilib. Donna başına bu qorxunc hadisə gəldikdən sonra keçmişdə tanıdığı bir tanışın onunla maraqlanmasından sonra  yeni həyata başlayıb. 

İngiltərənin "Dailystar" qəzetinə müsahibə verən Donna sevgilisi ilə evlənəcəyini və xoşbəxt olduğunu açıqlayıb. 


NEKROTİZAN FASİİT NƏDİR?

Nekrotizan fasiit dəri altında olan sürətlə irəliləyən dərin toxuma infeksiyasıdır.

Ət yeyən bakteriya olaraq da bilinən nekrotizan fasiit nadir bakteriyalardan sayılır. Ölümlə nəticələnən bu xəstəliyin ilk əlamətləri dəridə  selülit və ya apseyə bənzər dəyişikliklərin olmasıdır. Ona görə də erkən mərhələdə təşxis qoymaq çətindir.

Kiçik qırmızı qabarcıqlarla başlayan xəstəlik tərləmə, qızdırma və qrip kimi əlamətlərlə ortaya çıxır. Orqan çatışmazlığı və şok təsiri yaradır. 

Risk faktorları arasında diabet, xərçəng, obezite olan xəstələrdir. Xəstənin həyatda qalması üçün tez bir zamanda cərrahi müdaxilə lazımdır.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com