Dekabrda qar yağacaqmı?


Dekabr ayının əvvəli hava daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq, şaxta gözlənilmir.

dekabrda-qar-yagacaqmi
02.12.2022 16:48 1 dəq oxuma

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, dekabrın 1-dən temperaturun iqlim normasında 2-3 dəfə aşağı enməsi müşahidə edilir.

"Ayın 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın - 3-6 dərəcə isti olacaq. Dekabrda şaxta gözlənilmir. Abşeronda yağıntılar yağış şəklində olacaq.Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər", - deyə o əlavə edib.