Dekabrın 13-nə olan hava haqda


Bakıda və Abşeron yarımadasında dekabrın 13-də havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

dekabrin-13-ne-olan-hava-haqda
12.12.2022 15:08 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaq.

TurpKimi.com