Dağlıq rayonlarda qar yağacaq.
Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gündüz bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaq.
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq.
Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Lerik, Yardımlı, Yevlax, Gəncə, Göygöl, Naftalan, Goranboy, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
TurpKimi.com