Dekabrın 17-nə olan hava


Azərbaycanda dekabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

dekabrin-17-ne-olan-hava
16.12.2020 20:21 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Səhər zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Dekabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 17-də Abşeron yarımadasında mülayim küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 17-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

TurpKimi.com