Dekabrın 18-i hava necə keçəcək? - Xəbərdarlıq


Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq.

dekabrin-18-i-hava-nece-kececek
17.12.2023 15:08 2 dəq oxuma

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz cənub-şərq küləyinə keçəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

ETSN: Küləyin güclənəcəyi ehtimalı var, əhalini ehtiyatlı olmağa çağırırıq!

Ölkə ərazisində hava şəraitinin sərtləşəcəyi, xüsusən güclü külək əsəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında şimal küləyinin, rayonlarda qərb küləyinin güclü olması ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  bildirib ki, bu səbəbdən daha ehtiyatlı davranmaq tövsiyə olunur:

“Hava məlumatlarını diqqətlə izləyin, gün ərzində küləyin güclənəcəyi proqnozunu unutmayın. Bir daha xatırladırıq ki, uşaqları nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın. Tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmamaq məsləhətdir. Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir!"

TurpKimi.com