Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Dekabrın 2-də əsasən ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
TurpKimi.com