Dekabrın 20-nə olan hava haqda


Azərbaycanda dekabrın 20-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

dekabrin-20-ne-olan-hava-haqda
19.12.2024 17:14 1 dəq oxuma

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 21-i səhərədək fasilələrlə davam edəcəyi gözlənilir.

 Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın şərq rayonlarında da hava şəraitinin dekabrın 20-dən 21-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

TurpKimi.com