Dekabrın 23-dən 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığına əsasən, dekabrın 24-ü gündüzdən 25-i səhərədək şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4 dərəcəyədək aşağı enəcək.
Dekabrın 22-si axşam qərb rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Dekabrın 24-ü gündüzdən 25-i səhərədək qərb küləyinin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
TurpKimi.com