Dekabrın 25-nə olan hava proqnozu


Hava yağmursuz olacaq - PROQNOZ

dekabrin-25-ne-olan-hava-proqnozu
24.12.2024 21:11 1 dəq oxuma

Azərbaycanda dekabrın 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15 ° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

TurpKimi.com