Dekabrın 28-nə olan hava haqda


Dekabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

dekabrin-28-ne-olan-hava-haqda-1-2
27.12.2024 23:39 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2°şaxtadan 3°-dək isti olacaq.

TurpKimi.com